0
Wednesday 14 December 2022 - 20:22

Bağdadda partlayış nəticəsində azı üç hərbçi həlak olub

Story Code : 1030150
Bağdadda partlayış nəticəsində azı üç hərbçi həlak olub
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirlib ki, Bağdadın şimalında əl-Tarimiyyə rayonunda bir quraşdırılmış bomba hərbçilərin yolunda partlayıb.

Bu partlayış nəticəsində biri yüksək rütbəli zabit olmaqla üç hərbçi həyatını itirib və ikisi yaralanıb.

Bombanın İŞİD-ə bağlı şəxslər tərəfindən quraşdırıldığı deyilir.

Qeyd edək ki, İŞİD 2017-ci ilin sonudna İraqda nəzarətində olan ərazilərin hamısını itirib və gizli sığınacaqlara çəkilərək terror aktları həyata keçirməyə başlayıb. İraq təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkədə minə yaxın İŞİD üzvü var ki, onların bir