QR CodeQR Code

Taliban nümayəndələri bu türk ölkəsinə gəldi

3 Aug 2023 11:42

IslamTimes - Avqustun 1-də sənaye və ticarət naziri Nuriddin Əzizinin başçılıq etdiyi Taliban hərəkatının nümayəndələrindən ibarət heyət Astanaya gəlib.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Nümayəndə heyətinin Astana ilə əməkdaşlıq müzakirəsi və bu gün keçiriləcək Qazaxıstan-Əfqanıstan biznes forumunda iştirakı planlaşdırılır. Avqustun 4-də isə Konqres Mərkəzində Əfqanıstan mallarının iki günlük sərgisi açılacaq”, - məlumatda deyilib.

Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumış Astanada Taliban nümayəndələrinin Qazaxıstan-Əfqanıstan biznes forumunda iştirakı ilə bağlı suala cavabında bildirib ki, bu qonaqlardan heç biri sanksiya siyahısında deyil və əsasən ölkənin işgüzar dairələrini təmsil edirlər.


Story Code: 1073433

News Link :
https://www.islamtimes.org/az/news/1073433/taliban-nümayəndələri-bu-türk-ölkəsinə-gəldi

Islam Times
  https://www.islamtimes.org