QR CodeQR Code

Fransa bütün qoşunlarını Nigerdən çıxarıb

إسلام تايمز , 23 Dec 2023 10:57

IslamTimes - Nigerdə ​​dislokasiya olunan sonuncu fransız hərbçiləri ölkəni tərk edib. Bununla Afrikanın Sahel bölgəsində 10 illik əməliyyat başa çatıb.


APA-nın “France24“ə istinadən verdiyi məlumata görə, bunu Niger ordusunun leytenantı Səlim İbrahim deyib.

"Bu gün Fransa qoşunları Saheldə döyüşdən çıxarılıb” – İbrahim bildirib.

Fransa Nigeri tərk etsə də, ölkədə yüzlərlə amerikalı hərbçi, eləcə də bir sıra italyan və alman əsgərləri qalır.


Story Code: 1104297

News Link :
https://www.islamtimes.org/az/news/1104297/fransa-bütün-qoşunlarını-nigerdən-çıxarıb

Islam Times
  https://www.islamtimes.org