QR CodeQR Code

Sionist rejimdən qisas alınır

Yəhya Səri: İsrailə gedən gəmi hədəfə alınıb

SaharTV , 6 Jan 2024 16:05

İslamtimes -Yəmən silahlı qüvvələrinin sözçüsü Yəmən donanmasının İsrail gəmilərinə qarşı yeni əməliyyatlarının təfərrüatlarını açıqlayıb.


Briqada generalı Yəhya Səri deyib: “Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstin limanlarına doğru hərəkət edən daha bir gəmini hədəf alıb. Əməliyyat gəminin heyətinin Yəmən dəniz qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib”.
Onun sözlərinə görə, Fələstin xalqının ehtiyac duyduğu qida və dərmanlar Qəzzə zolağına daxil olmadığı müddətcə, işğal olunmuş Fələstin limanlarına gedən İsrail gəmilərinin hərəkətinə maneə törədiləcək.
Yəhya Səri qeyd edib ki, Yəmən silahlı qüvvələri ABŞ və digərlərinə İsrailin ticarət gəmilərini qorumaq üçün görünən hər hansı hücum və ya hərəkətə qarşı xəbərdarlıq edir.
 


Story Code: 1107423

News Link :
https://www.islamtimes.org/az/news/1107423/yəhya-səri-israilə-gedən-gəmi-hədəfə-alınıb

Islam Times
  https://www.islamtimes.org