0
Wednesday 7 February 2024 - 15:59

Türkiyə sionist rejim ilə münasibətlərini pozmaq istəmir- AKTUAL

Story Code : 1114600
Türkiyə sionist rejim ilə münasibətlərini pozmaq istəmir- AKTUAL
İşğal olunmuş ərazilərə ixracın davam etdirilməsi Türkiyənin sözü ilə əməli arasında mühüm ziddiyyətlərin olduğunu göstərir.
Statistikalara görə, Türkiyədən İsrail adlanan işğal olunmuş ərazilərə mal və xammal ixracının həcmi hətta Azərbaycan Respublikası, İran və Səudiyyə Ərəbistanına ixracın həcmindən çoxdur.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, son həftələrdə və sionist rejimin Qəzzədə cinayətlərinin davam etdiyi bir vaxtda Türkiyədə bu məsələ geniş müzakirə olunur və Ərdoğan hökuməti bu davranışa görə tənqid edilir.
Fakt budur ki, ixrac olunan malların miqdarının açıq statistikasını gizlətmək mümkün deyil və rəqəmlər göstərir ki, Türkiyə İsrailə ixrac üçün dəniz ticarət xəttini bağlamaq istəmir.
Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının hazırkı lideri Əhməd Davudoğlunun sözlərinə görə, statistika göstərir ki, heç nə dəyişməyib və Türkiyədən işğal olunmuş ərazilərə mal və xammalın ixracı daha da çoxalıb.
Ərdoğanın tənqidçiləri deyirlər ki, Türkiyədən İsrailə ixrac edilən polad bomba istehsalında istifadə olunur və Türkiyənin nəhəng dəmir-polad holdinqləri bir neçə milyard dollarlıq böyük gəlir əldə etmək üçün Qəzzədə yaşanan humanitar faciəyə və Fələstin xalqının soyqırımına diqqət yetirmək istəmirlər.
Müstəqil medial yazırlar ki, bu ölkə hazırda sionist rejimin istehlak etdiyi ümumi poladın 65%-ni təmin edir.
 
Source : SaharTV
Comment