QR CodeQR Code

Təl-Əvivdə geniş aksiya keçirilib

SaharTV , 18 Feb 2024 15:35

İslamtimes - Dünən gecə Təl-Əvivin Kablan küçəsində aksiya keçirən minlərlə nəfər Qəzzədəki sionist əsirlərin azad edilmələri üçün təcili razılaşmanın imzalanması və seçkilərin keçirilməsini tələb edib.


Etirazçılar həmçinin sionist rejimin nazirlər kabinetinə və bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar veriblər.
Sionist rejimin informasiya mənbələri çərşənbə günü gecə də Netanyahunun Təl-Əvivdə yerləşən iqamətgahı qarşısında sionist əsirlərin ailələrinin aksiyalarının davam etdiyini bildirmişdilər.
Təl-Əvivin Kerya bölgəsində aksiya keçirən etirazçılar  sionist əsirlərin azad edilmələrini tələb ediblər.
Onların əllərində/ sionist rejimlə Həmas arasında əsirlər mübadiləsinin həyata keçirilməməsini pisləyən plakatlar olub.
Bu aksiyalar Təl-Əviv mənbələrinin «sionist əsirlərin azad edilmələri üzrə müzakirələr indiyədək bir nəticə verməyibdir» demələrindən sonra keçirilir.
 


Story Code: 1117006

News Link :
https://www.islamtimes.org/az/news/1117006/təl-əvivdə-geniş-aksiya-keçirilib

Islam Times
  https://www.islamtimes.org