QR CodeQR Code

Çindən Tayvanla bağlı ÇAĞIRIŞ

إسلام تايمز , 29 Feb 2024 22:59

IslamTimes - Çin Amerika Birləşmiş Ştatlarının Tayvana silah satmasının qəti əleyhinədir və bunun regionda gərginliyi artıracağı barədə xəbərdarlıq edib.


Modern.az xəbər verir ki, bu bəyanatı Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tayvan məsələləri ofisinin rəsmisi Cu Fenlien səsləndirib.

“Biz Birləşmiş Ştatların Tayvan regionuna silah satmasının əleyhinəyik. Bu, bizim ardıcıl və aydın mövqeyimizdir. Biz ABŞ tərəfini “Vahid Çin” prinsipinə, Çin-ABŞ bəyannamələrinin müddəalarına riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırırıq”, - deyə Çin rəsmisi bildirib.

O, Tayvandakı Demokratik Tərəqqi Partiyası səlahiyyətlilərinin ABŞ-a güvənərək və hərbi vasitələrdən istifadə edərək adanın qondarma “müstəqilliyi”nə can atdıqlarını, bu cür addımların Tayvan boğazındakı hərbi münaqişə təhlükəsini artıracağını deyib.


Story Code: 1119242

News Link :
https://www.islamtimes.org/az/news/1119242/çindən-tayvanla-bağlı-çağiriş

Islam Times
  https://www.islamtimes.org