0
Thursday 29 February 2024 - 01:03

Roma Papası xəstəxanaya yerləşdirildi

Story Code : 1119243
Roma Papası xəstəxanaya yerləşdirildi
Modern.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Papa Fransisk İtaliyanın paytaxtı Romadakı “Gemelli - Isola Tiberina” xəstəxanasında bəzi diaqnostik testlərdən keçib.

Pontifikin martın 2-si Vatikanın Apostol Sarayında Almaniya Kansleri Olaf Şoltsla görüşdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Qripə yoluxan pontifikin son günlərdəki bütün görüş və tədbirləri ləğv olunub. Bugünkü görüşdə isə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.