QR CodeQR Code

İran: "Azərbaycan ərazilərinin qaytarılması sülhün bərqərar olması üçün vacibdir"

23 Apr 2024 17:23

IslamTimes - Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün lazımdır.


Axar.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.

“Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”, - Kənani bildirib.

Qeyd edək ki, 19 apreldə Azərbaycanla Ermənistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşması Rusiya, Türkiyə də daxil olmaqla, ABŞ və AB-nin əksər ölkələri də alqışlayıb.


Story Code: 1130622

News Link :
https://www.islamtimes.org/az/news/1130622/iran-azərbaycan-ərazilərinin-qaytarılması-sülhün-bərqərar-olması-üçün-vacibdir

Islam Times
  https://www.islamtimes.org