Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumbelarus Xalq Məclisinin iclasında çıxışı zamanı deyib.
“ABŞ öz təzyiqi ilə bu iki dövləti - zəngin təbii ehtiyatlara, güclü hərbi-sənaye kompleksinə malik Rusiyanı və böyük iqtisadi, insan potensialına malik Çini bir araya gətirdi. Hazırda Ukrayna gələcək dünya nizamının taleyinin həll olunduğu sınaq meydanına çevrilib. Onun ərazisində dolayı yolla da olsa, ən böyük nüvə dövlətləri döyüşür. Ukrayna münaqişəsinin həlli köhnə birqütblü dünya nizamını xilas etməyəcək”, - deyə o qeyd edib.