QR CodeQR Code

İşğalçı İsraildə nazirin maşını aşdı, vəziyyəti ağırdır

27 Apr 2024 09:55

IslamTimes - İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir avtomobil qəzasına düşüb.


"Unikal" xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb. Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə şahidinin sözlərinə görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən yaşıl işıqda keçən avtomobillə toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Story Code: 1131456

News Link :
https://www.islamtimes.org/az/news/1131456/işğalçı-israildə-nazirin-maşını-aşdı-vəziyyəti-ağırdır

Islam Times
  https://www.islamtimes.org