QR CodeQR Code

Polşadan Makronun Ukrayna ilə bağlı sözlərinə reaksiya

5 May 2024 16:14

IslamTimes - Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə münasibəti ilə bağlı sualdan yayınıb.


Teleqraf.com xəbər verir ki, hadisə BBC telekanalının efirində baş verib.

“Kartlarımızı açıqlamayacağıq. Düşünürəm ki, ediləcək ən doğru şey Rusiya prezidenti Vladimir Putini nə edəcəyimizi düşünməyə məcbur etməkdir”, - Sikorski deyib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifini təhlükəli eskalasiya adlandırmışdı.

Təxribat xarakterli bəyanat 2024-cü il fevralın 27-də Fransa prezidenti tərəfindən verilib və NATO ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməyib.


Story Code: 1132986

News Link :
https://www.islamtimes.org/az/news/1132986/polşadan-makronun-ukrayna-ilə-bağlı-sözlərinə-reaksiya

Islam Times
  https://www.islamtimes.org