29 oktyabr (30 səfər) İmam Rizanın (ə) şəhadət ildönümü günüdür və bu gün Əhli-beyt aşiqləri tərəfindən əzəmətlə qeyd olunur. Neçə ildir ki, Piyada Ərbəin ziyarətindən 10 gün sonra Piyada Məşhəd Ziyarəti ənənəsi yaranıb. İmam Riza (ə) aşiqləri dünyanın və İranın müxtəlif nöqtələrindən Müqəddəs Məşhəd şəhərinə, İmam Rizanın (ə) zərihi ətrafına toplanır. Hazırda Məşhədə giriş yolları üzərində 330 Salavat Dayanacağı – zəvvarlara xidmət köşkü fəaliyyət göstərir.