0
Thursday 8 August 2013 - 12:22

İslamçılar seçkiyə hazırlaşır

Story Code : 291341
İslamçılar seçkiyə hazırlaşır
İslamçılar seçkiyə hazırlaşır
Bir neçə gün əvvəl Azərbaycan İslam Partiyasının təmsilçilərinin seçki qərargahının yaradılması haqqında məlumatlar yayıldı, islamçılar seçki qərargahının ikinci toplantısını belə keçirməyə macal tapıblar.

İkinci toplantıda geniş nitqlə çıxış edən AİP sədrinin müavini Akif Heydərli hakimiyyəti tənqid etməklə yanaşı, müxalifəti də tənqid etməyi unutmadı. Hakimiyyətlə bağlı məsələ aydındır, insanların haqqına zülm edir, hicabı qadağan edir, hicaba azadlıq istəyənləri şərləyib həbsə atır, İslamla, Allahla müharibə edir, müxalifətin nə kimi günahı olduğunu isə Akif Heydərli xarici ölkələr qarşısında öhdəliyi olduğunu iddia edib.

Akif Heydərli ad çəkməsə də söhbətin Rüstəm İbrahimbəyovdan getdiyini, islamçının tənqid hədəfində Milli Şuranın olduğunu anlamaq çətin olmadı.

Siyasi baxımdan bir partiya funksioneri üçün bəlkə də söylədiklərində qəbahət yoxdur, rəqabət dünyasıdır, ancaq yenə də, bir partiya funksioneri üçün, seçkiyə gedən bir siyasi təşkilatın təmsilçisi üçün bəzi sualların izahı lazımdır.

Adını “Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət uğrunda” qoyduqları və islamçıların qatıldığı seçki bloku hansı təşkilatları özündə birləşdirir? Hansı beynəlxalq əlaqələri qurub? Neçə məntəqədə və dairədə seçki müşahidəçisi ilə iştirak edəcək? Seçki saxtakarlığı baş verəcəyi (buna şübhə belə edən bir nəfər də yoxdur) halda hansı addımları atacaqlarını müəyyən ediblərmi?

Bu suallar indiyə qədər artıq öz cavabını tapmalı idi, çünki dünəndən MSK namizədlərlə bağlı sənədlərin qəbuluna başlayıb. Fikir verdinizsə mən seçki təbliğatı və təşviqatı ilə bağlı bir söz yazmadım, çünki bu ilşlərin planı ən azı 8 ay əvvəl işlənib qurtarmalıydı.

Vaxt isə azdır, İnşallah yəqin islamçılar Mövsüm Səmədovun adına layiq bir seçki kampaniyası apararlar, dostlar sevinər, düşmənlər isə xar olar.
Source : Islamtimes
Comment