QR CodeQR Code

Sabiq general Obamanı tələskənlikdə günahlandırdı

11 Jan 2014 21:48

IslamTimes - Amerikalı general Obamanın Əl-Qaidənin süqutu barədə iddialarını tələsik iddialar adlandırdı.


ABŞ hərbi qüvvələrinin sabiq komandanı Barak Obamanın Əl-Qaidənin süqutu ilə bağlı iddialarına münasibət bildirib. Sabiq hərbçi qeyd edib ki, Əl-Qaidə barədə eşitdiklərimiz tələsik bəyanatdır və hazırda da mötəbər sayılmır. Amerikanın aparıcı şərhçiləri, o cümlədən sabiq ordu komandanının Əl-Qaidənin sübutu ilə bağlı bəyanatlara münasibəti birmənalı qarşılanmayıb. 2013-cü ilin əvvəllərində Obama elan etdi ki, Əl-Qaidə süqut etməkdədir, onun yalnız kölgəsi qalıb. Əl-Qaidə isə Amerikanın bu iddiasını rədd etdi. ABŞ ordusunun sabiq komandanı general Ceyms Matis deyir: “Əl-Qaidənin süqutu barədə iki il əvvəl deyilənlər tələsik sözlərdir və hazırda da mötəbər sayılmır.”

General Matis 2013-cü ilin mart ayında təqaüdə çıxıb. General Əl-Qaidənin Misir, İraq, Liviya, Suriya və Yəməndəki fəaliyyətlərinə işarə ilə bildirib ki, hələ Ben Laden sağ olanda terror əməliyyatları üçün eni planlar cızılıb. Əl-Qaidədən budaqlanmış bir çox qruplar, xüsusi ilə Afrikada yerləşən qrup Ben Ladenin canişini Ayman Zəvahirinin nəzarətindən kənarda fəaliyyət göstərir. Generalın fikrincə Əl-Qaidə rəhbərliyi ciddi zərbə alsa da yenə də inkişafdadır və bunu qərargahların artan sayı göstərir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) baş şərhçisi Brus Ridel deyilənlərlə razılaşır. Corc Taun universitetində sülh və təhlükəsizlik üzrə mütaliə mərkəzinə başçılıq edən bu şəxs deyib: “Əl-Qaidə bütün Afrika və Asiyada, o cümlədən Hindistan və Keniyada şəbəkəsini genişləndirir. Ötən iki ildə Əl-Qaidə bu iki ölkədə amansız əməliyyatlar aparmışdır. Əl-Qaidə üçün ən həyati məsələ etibarlı qərargah, sığınacaq tapmaqdır. Təəssüflər olsun ki, ötən iki ildə Əl-Qaidə bu sahədə müvəffəqiyyət qazanıb.”

CİA-nın baş şərhçisi deyir ki, Əl-Qaidə Avropada da böyük əməliyyatlar həyata keçirib. Əl-Qaidə rəhbərliyi iddia edir ki, Suriyada 50 min döyüşçüyə malikdir. Bu döyüşçülərin Avropada, o cümlədən Britaniya, Fransada, Almaniya və Rusiyada yerləşdiyi bildirilir. Əl-Qaidənin nəzarəti altına keçmiş son məntəqə Yəməndir. Amerikanın 2011-ci ildə həyata keçən hücumu Əl-Qaidənin Yəməndə möhkəmlənməsinə şərait yaradıb. CİA-nın aparıcı əməliyyatçılarından olan Devid Kilkulon deyir: “Biz hazırda Əl-Qaidə qüvvələrinin yenidən güclənməsini müşahidə edirik.”


Story Code: 340149

News Link :
https://www.islamtimes.org/az/article/340149/sabiq-general-obamanı-tələskənlikdə-günahlandırdı

Islam Times
  https://www.islamtimes.org