QR CodeQR Code

Gülən camaatı və İsrail münasibətləri

Islamtimes , 17 Jan 2014 01:10

Islamtimes - Gülən Ərdoğandan çox onlarla dostdur


İngilis “Financial Times” və “The Times” qəzetləri dünən İHH-ya edilən polis basqınını dəyərləndirən iki xəbər nəşr etdi.

Türkiyədə Əl-Qaidəyə qarşı həyata keçirilən əməliyyat çərçivəsində terrorla mübarizə qruplarının Suriyaya yardım daşıyan İnsani Yardım Vəqfinin (İHH) Kilis bürosuna etdikləri basqın və axtarışlar İngilis qəzetlərindən “Financial Times” və “The Times”in səhifələrində öz əksini tapdı.
“Financial Times” maraqlı bir təsbit irəli sürür. Fəthullah Gülənin Qəzza gəmisinə qarşı çıxdığını hatırladan “Financial Times” maraqlı bir təsbit edərək:

“(Gülənin) hərəkatı İslamın fərqli ənənələrindən gələn İHH və ya Ərdoğanın AKP-si ilə müqayisədə İsraillə daha yaxın dostdur”.
İHH-nın 2010-cu ildə Qəzzaya yardım daşıyan və İsrailin hücumuna məruz qalan “Mavi Mərmərə” yardım gəmisiylə önə çıxdığını ifadə edən “Financial Times” qəzeti İstanbul müxbiri Daniel Dombey İsrailli səlahiyyətlilərin İHH-nın “Əl-Qaidə əlaqəli olduğu” barəsində iddialar irəli sürdüyünü xatırladır.
İHH-nın basqınla əlaqədar edilən mətbuat açıqlamasına da yer verən qəzet Vəqfin baş katibi Yaşar Kutluayın “Bu İsrail tərəfdarı təşkilatlar, qurumlar və ya içərilərinə sızılmış strukturlar tamamilə deşifrə olacaq” sözlərini qeyd edir.

Gülən Qəzza yardım gəmisinə qarşı çıxdı
Türkiyədə Gülən Camaatının məhkəməyə sızdığına dair iddiaları Fəthullah Gülənin inkar etdiyini yazan qəzet Fəthullah Gülənin 2010-cu ildə “Wall Street Journal” qəzetinə verdiyi müsahibədə Qəzza yardım gəmisini tənqid edərək İHH-nı qəbul etmədiyini xatırladır.
Xəbər belə davam edir:

“(Gülənin) hərəkəti İslamın fərqli ənənələrindən gələn İHH və ya Ərdoğanın AKP-si ilə müqayisədə İsrailə daha dostyanadır”.
Qəzet İHH-nın adının daha əvvəl də içində silahlar olduğu iddia edilən bir TIRdan edilən axtarışla hallandırıldığını xatırladıb xəbəri Baş nazir Ərdoğanın “Türkiyə əleyhdarlarının Türkiyəyə zərər vermək üçün Gülənçiləri sui-istifadə etdiyi” sözləriylə bitirir.

Silah göndərmə ittihamı

“The Times” qəzetinin İstanbul müxbiri Alexander Christie -Miller də İHH-ya edilən basqını qeyd etditi xəbərində İHH üçün bu ifadələri istifadə edir:

“İslamçı vəqf Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım paylayır, amma son dövrdə silah təslimatı etmək üçün işlərindən sui-istifadə etməklə ittiham olunurdular”.
“The Times”in xəbərində İHH vəkillərindən Uğur İldırımın “basqınların hiylənin bir hissəsi olduğu” və “Mavi Mərmərə” hadisələrindən sonra vəqfi “terrorçu təşkilat olaraq göstərmək üçün cəhdlər edildiyi” istiqamətindəki fikirləri də qeyd olunur.


Story Code: 341894

News Link :
https://www.islamtimes.org/az/article/341894/gülən-camaatı-və-israil-münasibətləri

Islam Times
  https://www.islamtimes.org