QR CodeQR Code

Con Kerri səhnədən çıxarılır?

1 May 2014 09:39

IslamTimes - ABŞ xarici işlər naziri Con Kerrinin sionist rejimlə bağlı son bəyanatları yəhuddi lobbisini özündən çıxarıb.


Belə ki, sionist lobbi Con Kerrinin işdən uzaqlaşdırılmasına nail olmaqdadır. Səbəb nazirin sionist rejimin aparteid rejiminə çevrilməkdə olmasını dilə gətirməsidir.

Con Kerri uzun müddət işğalçı rejimin cinayətlərini himayə etmişdir. İsrailin Fələstinə qarşı cinayətlərinin himayəçisi hazırda vəzifəsini tərk etmək üzrədir. Belə ki, sionist lobbi Obamadan Kerrinin işdən uzaqlaşdırılmasını tələb edir.
ABŞ xarici işlər naziri İsrailin cinayətləri ilə bağlı rəsmi bəyanatında deyib: “Əgər dediyim sözləri bir daha nəzərdən keçirə bilsəydim, İsrail haqqında başqa sözlər işlədərdim. ABŞ Senatında 30 ildən çox İsraili himayə etməklə yanaşı onun müdafiəsində meydana girib, mübarizə aparmışam. Mən xarici işlər naziri olaraq İsrailin baş naziri Benyamin Netanyahu və ədliyyə naziri Tsipi Livniyə çox vaxt sərf etmişəm. İstəyim bu olub ki, sabit yəhudi və sabit Fələstin dövlətlərinin yaranmasına nail olum.”

Con Kerri bu vaxta qədərki bəyanatlarından peşmançılığını bildirərək deyib: “Mən yol vermərəm ki, İsrail qarşısında öhdəçiliklərim siyasi məqsədlərə işləsin. Buna görə də inandığım və inanmadığım məsələlərdən danışıram. Mən inanmıram ki, İsrail demokratik bir ölkədir. Aşkara və ya gizli şəkildə İsraili aparteid dövlət adlandırmamışam. Məni tanıyanlar bunu yaxşı bilir. Yaxşı bilirəm ki, dediyim sözlər başqa mənada necə yozula bilər. İki sabit dövlətin yaradılması və dinc-yanaşı yaşaması üçün uzun vaxta ehtiyac var. İsrail Fələstin xalqının hüquqlarını təmin etmək imkanında deyil. Bunu Netanyahu da deyib. Bununla belə, Tsipi Livni, Ehud Barak, Olmert vahid dövlət olaraq İsrailin aparteid siyasəti üzərində dayanıblar.”

İsrail üzrə fövqəladə komitə adlanan lobbi qrupu bəyanat yayaraq Obamadan tələb edib ki, İsraili aparteid adlandırdığı üçün Kerrini işdən uzaqlaşdırsın. Amerikada sionist rejimi himayə edən sağçı qüvvələrə bağlı komitə Kerrini İsrailə qarşı ardıcıl hədələrdə ittiham edib.

Bəyanatda deyilir: “Ağ Evin Kerrinin təxribatlarına münasibət bildirməsi bəs etmir. Onun işdən uzaqlaşdırıması vaxtı çatıb. Obama Kerrini vəzifədən götürməlidir.”

Sülh sazişi 3 il təxirdən sonra Vaşinqtonun vasitəçiliyi ilə müzakirəyə çıxarılıb. Yəhudi qəsəbələrinin tikintisinə son qoyulması, fələstinli əsirlərin azadlığı müzakirələrə başlanğıc olub. Amma sionist rejim öhdəçiliklərinə əməl etmir. Ötən həftə HƏMAS-la Fəth arasında milli barışıq dövlətinin yaradılması ilə bağlı razılıq İsrail rejimini özündən çıxarıb. Kerri bundan öncə İsrailə mesaj vermişdi ki, müzakirələr dayandırılsa bəzi ölkələr İsrailə qarşı sanksiya tətbiq edəcək.


Story Code: 378118

News Link :
https://www.islamtimes.org/az/article/378118/con-kerri-səhnədən-çıxarılır

Islam Times
  https://www.islamtimes.org