0
Saturday 17 March 2018 - 00:22

Səddamın aqibətindən xəbər verən şəhid

Story Code : 711997
Səddamın aqibətindən xəbər verən şəhid
Səddam öz hakimiyyətinin ən güclü vaxtında şiə aləminin böyük müctehidi ayətullah Məhəmməd Baqir Sədrə məktub göndərərək ondan özünə itaət etməyi tələb etmişdi. Fəqət Şəhid Sədr (rəh) ona verdiyi cavabda cəddi Hüseyn (ə) kimi zillətə boyun əyməyəcəyini bildirib, Səddamı necə bir aqibətin gözlədiyini öz dərin bəsirəti ilə artıq həmin dönəmdə gördüyünü isbat etmişdi. Amerikanın işğalını, ölkəsinin tapdaqlar altında əziləcəyini, mallarının talan ediləcəyini, rəzil bir şəkildə öləcəyini və xalqın onu lənətləyəciyini bu məktubda Səddamın özünə açıqlamışdı. Lakin qüruru gözlərini kor edən Səddam nəinki onu dinləməmiş, üstəlik ən ağır işgəncələrlə bu böyük bacısı Aminə bint əl-Hüda ilə birgə şəhid etmişdi. Həmin məktubun mətni :
ŞƏHİD SƏDRİN SƏDDAMA CAVABI
Mən sizin ağıl sahibi olduğunuzu zənn edirdim. Halbuki sizlər ən açıq dəlilləri inkar edəcək səviyyədəsiniz. Mən sizə lazım olan sözləri dedim və nəsihət etdim. Əgər qiyamətə inanır və həqiqətə çatmaq istəyirsinizsə, məni dinləyin. Sizlər sapıqlıq mikrobu ilə yoluxduğunuzdan öldükdən sonra diriləcəyinizi unutmusunuz. Bu halda ölsəniz heyvandan daha alçaq vəziyyətə düşəcəksiz. Sizlərə nəsihət etdikcə daha da azğınlaşırsız. Eynilə yəhudilər və şeytana uyanlar kimi sizi pis əməllərdən çəkindirənlərə düşmən münasibəti bəsləyirsiz. Allah dostlarını təcavüzə məruz qoymaqla və öldürməklə əslində Allaha qarşı savaş açmış olursuz. Ən kiçik bir zənnə dayanaraq eynilə cahiliyyədəki babalarınız kimi möminləri öldürürsüz. Ölkəmizin sərvətlərini talayır, heç bir günahı işləməkdən çəkinmir, həva və həvəsinizə tabe olursuz. Şəhvətlərinizə əsir olduqca, hiylələr işlədikcə fəlakətə sürükləndiyinizin fərqinə varmırsız. Günahsız insanların qanını içdiyinizə görə İraqdakı hər ev sizin əlinizdən qan ağlayır. Siz heç bir sözün təsir etmədiyi quru odun parçası və daş kimisiz. Siz tağutlara tapınırsız, fironların törəmələrisiz. Sizə nəsihət etməkdən yoruldum. Məni ölümlə təhdid edib qorxudacağınızı zənn edirsizsə, yanılırsız. Ölüm bir qədər məsələsidir və hər birimiz ölümü dadacağıq. Zalımların əliylə öldürülmək Allahın xalis qullarına olan bir lütfü deyilmi? Əlinizdən gələni əsirgəməyin və edə biləcəyinizi edin! Sizinlə Allahın hüzurunda görüşəcəyik və əmin olun ki, nəsibiniz ağır əzab olacaq. Bizim nurumuzu söndürə bilməyəcəksiz. Guya mənə nəsihət verdiyinizə dair iddialar səsləndirməyiniz hiylədən başqa bir şey deyil. Mən haqqı batilə dəyişmədiyim üçün sizin məndən razı olacağınızı da gözləmirəm. Mən Allaha itaəti buraxıb sizə itaət edə və sizi razı salıb Allahı qəzəbləndirə bilmərəm. Əgər belə etsəm haqq yoldan azar və hidayətə qovuşanlardan olmaram. Məgər siz elə zənn edirsiz ki, islam mənim nəzərimdə alınıb-satılan bir mal kimidir? Ar olsun sizə, necə də qəflətdəsiniz! Məni dünya malıyla qorxutmayın, çünki mən dünya mənfəətlərinin intizarında deyiləm. Mən nə alçaq insanlar kimi sizə əl uzadan deyiləm, nə də kölələr kimi sizi təsdiq etmərəm. Əgər ölümdən başqa məni qorxutmağa bir şeyiniz qalmayıbsa, o zaman buyurun, hədələrinizi icra edin! Mənim sizin istəklərinizə boyun əyəcəyimi də birdəfəlik xəyalınızdan silib atın. Bizlər dəyərli insanların övladlarıyıq və ayaqlarımız heç vaxt büdrəməmişdir. Siz dərk edin ki, əgər Baqir Sədri min dəfə öldürsəniz də, istəyinizə nail ola bilməyəcəksiz. Məni öldürsəniz hər zaman zillət və qorxu içərisində yaşayacaqsınız. Vəziyyətiniz dəyişəcək və Allah sizləri rəzil bir hala salacaq, nəyiniz varsa əlinizdən çıxacaq və zəlil bir halda məşhur olacaqsız. Heç ağlınıza gəlməyən acıları dadacaq, bəlalara və təhqirlərə mübtəla olacaqsız. Sərgərdan halda çöllərə dağılacaq, səltənətiniz darmadağın olacaq və əsir düşəcəksiziniz. Diyarınız və mallarınız parça-parça olacaq, hara baxsanız xalqın sizi lənətlədiyini görəcəksiniz və tarix səhifələrində qara bir ləkə olaraq yad ediləcəksiniz!
Comment