QR CodeQR Code

Sədrin qələbəsi Ərəbistanın qələbəsi deyil!

İslamtimes , 25 May 2018 14:49

/islamtimes - İraqda parlament seçkilərində Müqtəda Sədrin qələbəsindən sonra belə fikirlər səsləndi ki, bu qələbə İraqda İranın məğlubiyyəti, Səudiyyə Ərəbistanının qələbəsidir.


Movzuya Qərbi Asiya üzrə siyasi ekspert Sədullah Zarei münasibət bildirib. Ekspert deyib: Əgər bu qələbəni Ərəbistanın qələbəsi kimi dəyərləndirsək, deməliyik ki, Ərəbistan 2004-cü ildən siyasi meydanda qalibdir. Çünki Sədrlər seçkilər boyu parlamentdə əhəmiyyətli sayda səs qazanıb. Ömrü başa çatan parlamentdə  Sədrlərin  35 kürsüsü olub. Keçmiş hökumətdə 6 və hazırki hökumətdə 5 nazir postunu Sədrlər tutub.  Belə bir fikir formalaşdırmaq istəyənlərin məqsədi Sədrlərə qarşı etimadsızlıq yaratmaqdır. Əslində Ərəbistan böyük pullar xərcləyib ki, Əyyad Ələvini irəli çəkə bilsin.  Beləcə, Səudiyyə Ərəbistanı İraqdakı seçkilərdə uduzmuş tərəf sayılmalıdır.
Xatırladaq ki, İraqda parlament seçkilərində Sairun (Müqtəda Sədr)  54, Fəth (Hadi Əl-Amiri)  47, Nəsr (Heydər Əl-İbadi) 42, Qanun (Nuri Əl-Maliki)  26, KDP (Bərzani)  24, Vətəniyyə (Əyyad Ələvi)  22, Hikmət (Əmmar Əl-Həkim) - 19, KYB (Tələbani)  18, Qərar (Üsamə əl-Nüceyfi)  14, Ənbar  6, Goran  5, Yeni Nəsil  4 kürsüyə sahib olub.


Story Code: 727668

News Link :
https://www.islamtimes.org/az/article/727668/sədrin-qələbəsi-ərəbistanın-deyil

Islam Times
  https://www.islamtimes.org