QR CodeQR Code

Türkiyə və İordaniya düşərgələrində nə baş verir?

28 Jan 2013 21:54

IslamTimes - Türkiyə və İordaniya hökumətləri Suriya xalqına vədlərinə əməl etdilərmi?


Türkiyə və İordaniya hökumətləri Suriya xalqına verdiyi vədlərə əməl etdilərmi? Qaçqın düşərgələrində yerləşmiş suriyalıların vəziyyəti necədir? Bu düşərgələrdə suriyalı qadın və qızlara təcavüz barədə xəbərlər doğrudurmu?

Suriya böhranından 2 ilə yaxın bir vaxt ötür. Bütün siyasi tərəflər etiraf edir ki, Suriyada xalq inqilabı baş verməyib və qarşıdurma Əsəd rejimini devirmək, İsrailə qarşı müqavimət hərəkatına zərbə vurmaqdır.


Suriya böhranı Əsəd dövlətindən çox xalqa ziyan gətirdi. Mülki əhali arasında ölümün çoxluğu xalqın terrorçuların qorxusundan ev-eşiyini tərk etməsi ilə əlaqədardır. Əməliyyatlar xəritəsinə nəzər saldıqda görürük ki, böhran Suriyanın qərb və şimal-qərb məntəqələrində, yəni Dəməşq, Homs, Hələb kimi şəhərlərdə baş verib. Əhalinin böyük bir hissəsi sabitlik olmadığından qonşu ölkələrə üz tutub. Livan, İordaniya, Türkiyə Suriya ilə həmsərhəd ölkələrdir. Qaçqınların bu ölkələrə üz tutması təbiidir. BMT-nin xüsusi təmsilçisi Əhzər İbrahiminin son hesabatına əsasən 4 milyona yaxın qaçqın var. Birinci yerdə Türkiyə gəlir. Qaçqınların sayına görə 2-ci yerdə İordaniya dayanır. Bəs qaçqınların vəziyyəti necədir? İordaniyanın Əz-Zətri düşərgəsi ölkənin şimal səhralarında yerləşir. Bu susuz səhrada qum tufanları tez-tez baş verir. Qış isə olduqca sərt keçir. On minlərlə qaçqın bu şəraitdə yaşamaqdansa müharibə vəziyyətində olan Suriyaya qayıtmağa üstünlük verib. Düşərgələrdə qalanlar isə mövcud şəraitə etiraz edirlər.


Türkiyədə 80 min qaçqının yerləşdiyi 12 düşərgə var. Bu düşərgələrdə vəziyyət İordaniyadakından yaxşı deyil. Düşərgələrdə etiraz edənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edir. Qaçqınlar qida azlığına, içməli suyun olmamasına, dözülməz şəraitə etiraz edirlər.

Türkiyə dövləti açıq şəkildə Suriya xalqına onlara yaxşı şərait müqabilində düşərgələrdə yerləşməyi vəd etmişdir. Reallıq bundan ibarətdir ki, düşərgələrdə vəziyyət dözülməzdir. Türkiyə və Oman dövlətləri qaçqınları qış paltarı, normal qida ilə təmin etmək gücündə deyil. Etiraz edənləri polis susdurur.

Ankara və Omanın verilən vədlərə əməl etməməsi Suriya müxalifət başçılarının da etirazına səbəb olub. Milli keçid qrumunun rəis müavini Sühyr əl-Ətasi qaçqınların vəziyyəti ilə bağlı etirazını bildirib. Rəis müavini düşərgələrdə olub və verilən vədlərin həyata keçmədiyinə şahid olub.

Suriya qaçqınlarını narazı salan təkcə ağır həyat şəraiti deyil. Beynəlxalq mətbuatda yayılan şok xəbər bundan ibarətdir ki, Suriya qaçqınlarına qarşı zorakılıq halları artmaqdadır.

Humanitar yardım fəallarından olan Vəlid Əvad İordaniyanın Əz-Zətri düşərgəsində olduqdan sonra bildirib ki, düşərgədəki suriyalı qadınlar və qızlar insan alverçilərinin hədəfindədir. Belə ki, suriyalı qadınlar zorla ərə verilir. Vəlid Əvad qeyd edib ki, İordaniyadakı bəzi şeyxlər suriyalı qız və qadınların ərə verilməsini onların himayəsi kimi dəyərləndirir. Vəlid Əvad təkidlə vurğulayır ki, İordaniyada suriyalı qızla evlənmək istəyən şəxs 100-200 dinara öz arzusuna çata bilər.


Suriyalı qadın və qızlara təcavüz halları hər gün artmaqdadır. Mətbuatda haqqında yazılan və təcavüzə məruz qaldığı bildirilən 29 yaşlı suriyalı qız Fatən göz yaşları içində deyir ki, düşərgənin 4 gözətçisi onu xəlvət bir yerdə zorlayıb. Fatən Suriyanın Homs şəhərindəndir. O hazırda ağır psixoloji sarsıntı içindədir.

Ailəsi terrorçular tərəfindən qətlə yetirilmiş 20 yaşlı Bəsmə deyir ki, su və qida əldə etmək üçün qaçqınlar rəhqir olunmağa məhkumdur. Bəsmə deyir: “Humanitar yardımlar verilən zaman insanlar təhqir olunur, söyülür, bəzən də cinsi təcavüzə məruz qalır. Bəsmə suriyalı qızların zorla ərə verilməsi məsələsinə də toxunub: “Vəziyyət olduqca acınacaqlıdır. Əz-Zətri düşərgəsində qadınların çarəsiz vəziyyətindən istifadə edən varlı kişilər cüzi məbləğ müqabilində öz çirkin istəklərinə çatırlar. Bu günlərdə düşərgəyə çox qiymətli bir maşın daxil oldu. Maşındakı şəxslər düşərgədəki qızların şəkilini çəkirdilər.”

Sərhəd məntəqəsindəki Ər-rəmsa düşərgəsində də vəziyyət dözülməzdir. Yerli əhalinin azyaşlı qızlara təcavüzü buradakı qaçqınları çıxılmaz vəziyyətə salıb. Qaçqınlara humanitar yardım gətirən ictimai fəallardan biri Əbu Təyr deyir: “Bu gün 150 dollar müqabilində suriyalı qaçqın qız və qadınlara sahib olmaq adi hal alıb. Hətta UNICEF bu mövzu ilə bağlı nigaranlığını bildirib. Rəsmi statistikada 2011-2012-ci illərdə 459 suriyalı qızın ərə verilməsi qeyd olunub.

Türkiyə qaçqın düşərgələrində vəziyyət daha acınacaqlıdır. Yayladağı, Altınüzü, Hatay, Reyhanlı və başqa düşərgələrdə nəinki sosial vəziyyət dözülməzdir, hətta Türkiyə hərbiçilərinin qız və qadınlara təcavüzü kütləvi hal alıb. Türkiyə mətbuatında bu barədə yazılar yer alıb. “Aydınlık” saytı 400 suriyalı qadına təcavüzdən və onların 250-nin hamilə olmasından yazır.


Suriyalı qadınlar qızlara təcavüz halından göz yaşı içində danışır. Acınacaqlı şərait, anti-sanitariya, aclıq yaddan çıxıb, insanlar ləyaqətlərinin hayındadır. Kütləvi xəstəliklər də baş alıb gedir. İshaldan ölən uşaqların sayı bilinmir. Qaçqınların psixoloji durumu olduqca gərgindir.

Türkiyənin Behcişəhr universitetindən olan psixoloq qrupu 300 suriyalı uşağın təcili tibbi xidmətə ehtiyaclı olduğunu bildirib. Amma bu sahədə addım atılmır.
Suriyalı qaçqınlar düşərgələri həbsxana adlandırır. Düşərgələr tikanlı tellərlə əhatəyə alınıb və silahlı hərbiçilər tərəfindən mühasirədədir. Fələstinin “Əl-minar” həftəlik nəşriyyəsi Türkiyədəki qaçqın düşərgələrində orqan alverindən yazıb. “Əl-Minar” yazır ki, bu düşərgələrdə fəaliyyət göstərən amerika və fransalılar orqan qaçaqçılığı ilə məşğuldurlar.

Hazırda bütün suriyalı qaçqınlar ölüm bahasına olsa belə vətəninə dönmək istəyir. Bu axının qarşısında dayanan Türkiyə baş naziri Ərdoğandır. Ərdoğanın bu işdə siyasi məqsədləri olsa da qaçqın düşərgələri orqan mafiyası üçün bazaya çevrilib.


Qaçqın düşərgələrində yoxa çıxanların da sayı artır. Bəzən ətrafdakı meşə və səhralarda dağıdılmış cəsədlər peyda olur.

Qaçqınlar iddia edirlər ki, dözülməz hal barədə türkiyəli məsullara məlumat verilsə də heç bir tədbir görülmür.

Türkiyə düşərgələrindəki qaçqınlar düşərgənin məsullarından olan Əbdu Əslanar haqqında danışırlar. Bu adam türkiyəli gənclərin düşərgəyə daxil olmasına şərait yaradır və bu gənclər düşərgədə ağıla gəlməyən cinayətlər törədirlər. Qaçqınlar iddia edirlər ki, Əbdu Əslanar düşərgədə fahişə şəbəkəsi yaradıb. Suriyalı qadın və qızlar onun nəzarəti altında düşərgədən çıxarılır və bir müddət sonra geri qaytarılır. Bu şəxs haqqında Hatay qubernatoruna məlumat verilsə də heç bir tədbir görülməyib.

Suriyalı qaçqınlar iddia edirlər ki, onlara qarşı təcavüz düşərgə sərhədlərində məhdudlaşmır. Bu təcavüzlər Ərdoğan dövlətinin himayəsi ilə mümkün olur. Qaçqınları evindən çıxmağa məcbur edən elə terrorçular olub. Suriyalıların çoxu öz evlərindən zorla çıxarılıb. Qaçqınlar deyirlər ki, terrorçular onları evlərindən çıxardıqdan sonra zorla Türkiyədəki düşərgələrə gətiriblər. Özünü inqilabçı adlandıran bu cinayətkarlar Türkiyə hərbiçiləri ilə əlbirdir. Terrorçular suriyalı qız və qadınları hərbiçilərə satırlar.

Beynəlxalq həkimlər qrupu bu çirkin əməlləri ifşa edib. BMT xətti ilə düşərgəyə gələn həkimlər qaçqınları müayinə etdikləri zaman ərdə olmayan azyaşlı qızlarda hamiləlik halı qeydə alıblar. Bəzi hamilə qadınlar isə uzun müddətdir ərlərindən ayrı yaşayır. Beynəlxalq həkimlər qrupu türk hərbiçiləri və terrorçular tərəfindən təcavüzə məruz qalmış üç gənc qızın intihar etdiyini təsdiqləyiblər. Bu qızlardan birinin 13 yaşı olub və o anası ilə Türkiyəyə pənah gətirib.

Cinsi təcavüz qurbanlarından biri deyib ki, türk əskərinə nə qədər yalvardımsa, sünni məzhəbindən olduğumu xatırlatdımsa da faydası olmadı. O dedi ki, mən Ərdoğan sünnisiyəm, sən isə Suriya sünnisi. Qadın deyir ki, hərbçi ona təcavüzdən qabaq ağzını bağlayıb.

Təcavüzə məruz qalan qadınlardan biri də Suriyada evi dağıdılmış Fatimədir. O ölümü gözü qarşısını alsa da geri qayıtmaq istəyir. Qadın Suriya televiziyasına verdiyi müsahibədə belə deyir: “Terrorçular strateji obyektləri və yaşayış məntəqələrini dağıtdıqdan sonra bizi zorla Türkiyə ərazisinə keçirdilər. Onlar bizi qorxudurdular ki, Suriya ordusu gəlib çatsa kişiləri öldürəcək qadınara təcavüz edəcək. Mən də 4 uşağımla birgə xalqa qoşulub qaçdım. Heç kimin ağlına gəlmirdi ki, bizi burada hansı müsibət gözləyir. Düşərgədə yerləşdiyimiz gün bizi xoş qarşıladılar amma bu xoş gün uzun sürmədi, bir həftə sonra həqiqət ortaya çıxdı. Samir Əsfur adlı biri Məhəmməd adlı ikinci bir şəxslə bizim çadıra gəlib onlarla getməyimi istədilər. Məni apardıqları yerdə başqa üç nəfər də vardı. Onlar məni soyundurub təcavüz etdilər. Səhəri gün də dalımca gəldilər. Qəti qərara gəldim ki, Suriyaya qayıdım. Bunu eşidən Əsfur çadıra gəlib məni hədələdi ki, əgər düşərgəni tərk etsəm qızlarıma təcavüz edəcəklər və çəkdikləri videoları yayacaqlar. Məni zorla türk hərbiçilərinin yanına apardılar. Əsfur mənim yanımda həmin adamdan pul aldı və məni qoyub getdi. Mənim olduğum düşərgədə onlarla gənc qız bu zorakılıqların qurbanı olub.

Suriyalı qadınlardan biri onun gözünün qabağında qızına təcavüz olunduğunu deyir. O Fatimə və Vəfa adlı qızlarının gözü qarşısında təcavüzə məruz qaldığını və bu çirkin səhnələrin lentə alındığını söyləyir. Qadın deyir ki, onu hədələyiblər və deyiblər ki, səsini çıxarsa, video-lentləri yayacaqlar. Bəli, Türkiyə və İordaniya düşərgələrində məskunlaşmış suriyalı qadın və qızların real vəziyyəti budur.

IslamTimes - Tərcümə şöbəsi


Story Code: 235506

News Link :
https://www.islamtimes.org/az/fori_news/235506/türkiyə-və-iordaniya-düşərgələrində-nə-baş-verir

Islam Times
  https://www.islamtimes.org