QR CodeQR Code

MSK nə istəyir?

İslamtimes , 2 Sep 2013 15:22

İslamtimes - MSK əliyev rejiminin göstərişi ilə oturub durur.


Yadınızdadırsa bir neçə gün əvvəl MSK-nın mətbuat katibi Azər Sarıyev verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycan İslam Partiyasının sədri, hicab məhbusu, hacı Mövsüm Səmədovun namizədliyi ilə bağlı sənədlər MSK-ya təqdim olunmayıb. Bir neçə gün əvvəl AİP sədrinin müavini Akif Heydərlinin verdiyi məlumata görə isə Mövsüm Səmədovun sənədləri hələ avqustun 19-da MSK-ya təqdim olunub. Burda ciddi təzad yaranır.

Mənə elə gəlir ki, hər iki tərəf öz özlüyündə haqlıdır. Belə ki, ola bilər prezidentliyə namizədin sənədlərinin MSK-y təqdim olunması üçün tələb olunan prosedurları Akif Heydərli yetərli şəkildə keçməyib, ancaq adi qaydada sənədləri verib ki, bu da MSK-nə qane etmir və belə bir açıqlama verib. Ya da gərək razılaşaq ki, MSK qeyri qanuni olaraq Mövsüm Səmədovun namizədliyini qeyd almaq istəmir, onlar müraciətə rədd cavabını da rəsmi qaydada, qanuna müvafiq vermirlər. Belə bir halı gözləmək olar, çünki hamımız yaxşı bilirik ki, MSK əliyev rejiminin göstərişi ilə oturub durur. Hacı Mövsüm Səmədovun seçki qərargahının da MSK-nın qanunsuz əməllərinə hazır olması vacib şərtdir, çünki mübarizəni davam etdirmək üçün gələcəkdə yerli və Avropa məhkəmələrinin işə müdaxiləsinə ehtiyac yarana bilər.


Story Code: 297829

News Link :
https://www.islamtimes.org/az/fori_news/297829/msk-nə-istəyir

Islam Times
  https://www.islamtimes.org