0
Monday 16 September 2013 - 15:00

İslamçlarda fikir ayrılığı var?

Story Code : 302329
İslamçlarda fikir ayrılığı var?
İslamçlarda fikir ayrılığı var?
Üç gün əvvəl Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov yaydığı bəyanat bildirib ki, Milli Şurada təmsil olunmur, elə əvvəldən də bu qurumda ona təklif şifahi gəlib, o da sadəcə fərdi qayda da təmsil olunub.

AİP sədr əvəzi onu da bəyan edib ki, seçkilərdə İlyas İsmayılovun namizədliyini dəstəkləyəcək. Elçin Manafovun bu bəyanatı anlaşılandır, çünki artıq AİP öz qərarını verib. Hərçənd partiyanın Ali məclisində təmsil olunan islamçılar da var ki, Milli Şuradakı təmsilçiliyini, seçkilərdə əvvəldən bəyan etdiyi mövqeyini indi də qoruyub saxlayır.

Bu arada hicab məhbusu, AİP-nın həbsdə olan sədri Mövsüm Səmədovun mətbuatda yayımlanan açıqlamalarından bəlli olur ki, rəhbəri olduğu partiyanın seçkilərdə İlyas İsmayılovla bağlı qəbul etdikləri qərarından mətbuatdan xəbər tutub, ancaq hacının açıqlamasından elə anlamaq olur ki, partiyanın İlyas İsmayılovun namizədliyinin dəstəkləməsindən heç də razı deyil, bu qərardan o məmnun görünmür.

Hicab məhbusu olan partiya sədri bəyan edib ki, islamçıların seçkilərdə ortaya qoyduqları mövqe ilə bağlı partiya yoldaşlar arasında müzakirəyə ehtiyac var, danışıqlar aparılmalıdır. Yəni əgər AİP-in məlum qərarı Akif Heydərlinin verdiyi bəyanatdakı kimi Mövsüm Səmədov üçün məqbul olsaydı, məhbus sədr elə buna adekvat olaraq da münasibət bildirərdi. Ancaq gördüyünüz kimi doktor Səmədov məsələyə ayrı cür yanaşıb. Məncə bu məsələ islamçılar arasında artıq fikir ayrılığına gətirib çıxarıb, çünki prezident seçkiləri önəmli hadisədir, burda vahid mövqe də əhəmiyyətlidir.

Bu arada mətbuat da yayılan xəbərlərə görə seçki ərəfəsində bəzi məhbus siyasətçilər prezidentdən əfv dilənməsi ilə bağlı müraciət edəcəkdi. Ancaq bu məsələdə də Mövsüm Səmədov ortaya başqa mövqe qoyaraq bəyan edib ki, belə bir fikri yoxdur, O, heç bir cinayət törətməyib ki, əfv də istəsin. Yerigəlmişkən onu da qeyd edim ki, hələ ötən il məhbus sədrin həyat yoldaşı verdiyi açıqlamada bildirmişdi ki, kimin kimdən əfv istənilməsinə qalsa, hacı Mövsümü həbs atanlar onlardan əvf dilənməlir.
Source : İslamtimes
Comment