QR CodeQR Code

İslamçılarla bağlı müraciət

Islamtimes , 6 Apr 2014 18:10

İslamtimes - Hicaba azadlıq tələbi ilə iki il əvvəl Təhsil nazirliyi qarşısında keçirilən aksiyasında iştirak edən iki nəfər gənc dindar cəza müddəti bitdiyi üçün azadlığa çıxıb.


Ötən gün yayılan xəbərlərə görə, hicaba azadlıq tələbi ilə iki il əvvəl Təhsil nazirliyi qarşısında keçirilən aksiyasında iştirak edən iki nəfər gənc dindar cəza müddəti bitdiyi üçün azadlığa çıxıb.

Bu arada İslamçıların Hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara və ölkə ictimaiyyətinə müraciət ünvanlayaraq Azərbaycanda siyasi məhbuslar arasında dindarların da olduğunu xatırladıb.

Təşkilat müraciətini əsasən İslam Konfransı Təşkilatına, AŞPA-ya, xarici ölkə səfirliklərinə ünvanlayıb. İlk baxışdan normal bir müraciətdir, ancaq nəzərə alanda ki, bu müraciət heç olmasa 3 il 3 ay əvvəl olunmalı idi onda anlayırsan ki, dindarların vəziyyəti deyildiyindən də ağırdır, düzdür, 3 il əvvəl bu təşkilat heç mövcud deyildi, ancaq təşkilatın qurucuları və müraciəti imzalayanlar danışanda iddia edərlər ki, onlar 20 ilə yaxındır ki, siyasi fəaliyyətrdədirlər.


Story Code: 369860

News Link :
https://www.islamtimes.org/az/fori_news/369860/islamçılarla-bağlı-müraciət

Islam Times
  https://www.islamtimes.org