QR CodeQR Code

Gürcüstanda din əldən gedir?

İslamtimes , 14 Apr 2014 14:18

İslamtimes - Gürcüstan azərbaycanlılarının xristianlaşması heç Azərbaycan hakimiyyətini də narahat etmir.


Bu gün yerli mətbuatda dərc olunan xəbərlərə görə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə ABŞ və Böyük Britaniyadan gələn xristian missionerlər yerli müsəlman əhalisinə fars və ərəb əlifbasına çevrilmiş xristianlıqdan və İsa peyğəmbərin həyatından bəhs edən video materiallar, eləcə də “İncil” kitabını yaymaqla məşğul olurlar. Onlar müsəlmanları aldadaraq dünyada müsəlmanların kütləvi şəkildə öz dinindən imtina edib xaçpərəstliyi qəbul etdiklərini də iddia edir.

Missionerlərin məqsədi aydındır, müsəlmanları dinindən üz döndərməsinə nail olmaq və heç şübhəsiz ki, bunun üçün onlar xeyli pul da xərcləyərək müsəlmanları şirnikləndirirlər. Xaçpərəst missionerlər öz təbliğatları üçün bölgəni də təsadüfi seçməyiblər. Çünki məlumdur ki, Gürcüstanda yaşayan müsəlmanlar arasında İslam dinini inkişaf etməyib, ən azı onlar Bakı və ya Azərbaycanın cənub bölgəsində yaşayan azərbaycanlılar qədər İslam dini ilə tanış deyil. Burda hələ təzə təzə İslam dəyərləri yayılır. Lakin maraq doğuran məqam bundan ibarətdir ki, Gürcüstan hakimiyyəti missionerlərin bu cür fəaliyyətinə imkan verir, elə bir halda ki, bu ölkənin rəhbərləri Azərbaycanın Gürsütana göstərdiyi böyük dəstəyini etiraf edir. Belə çıxır ki, Gürcüstan azərbaycanlılarının xristianlaşması heç Azərbaycan hakimiyyətini də narahat etmir.


Story Code: 373486

News Link :
https://www.islamtimes.org/az/fori_news/373486/gürcüstanda-din-əldən-gedir

Islam Times
  https://www.islamtimes.org