0
Monday 16 April 2018 - 15:32

Nyu Yorkda ABŞ və İsrail rejiminə qarşı etiraz aksiyası keçirildi

Story Code : 718332
Əksəriyyəti yəhudi fəallardan ibarət olan başqa bir qrup isə İsrail rejiminin təhlükəsizlik qüvvələrinin Qəzzadakı Torpaq günü yürüşləri vaxtı fələstinlilərə qarşı edilən şiddət hadisələrinə etiraz edib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində bir qrup etirazçı ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı nümayiş keçirib. Əvvəlcə Trampın miqrant siyasətini tənqid edən etirazçılar nüvə silahı əleyhinə şüarlar da səsləndiriblər. Mitinqdə Şimali Koreya ilə baş verən nüvə gərginliyi, ABŞ-ın Əfqanıstan və Suriya siyasətinə və ABŞ, Fransa və Böyük Britaniyanın aprelin 14-ü Suriyaya qarşı həyata keçirdiyi hava hücumlarına qarşı da etiraz olunub.

ABŞ və dünyanın bir çox yerindəki gənc yəhudilər üçün İsrail rejiminə pulsuz səfərlər təşkil edən “Birthright İsrail” təşkilatına qarşı da Nyu Yorkda etiraz şüarları səsləndirilib. Bir qrup yəhudi fəal təşkilatın 18-ci ildönümü üçün Manhettanda təşkil etdiyi tədbirindən əvvəl İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsi və İsrail rejiminin təhlükəsizlik qüvvələrinin Qəzzada keçirilən Torpaq günü yürüşləri vaxtı fələstinlilərə qarşı şiddət hadisələrinə etiraz ediblər. Etirazçılar İsrail rejiminə səfər edən gənc yəhudilərə pulsuz təyyarə bileti verdiyi “Birthright İsrail” təşkilatının qonaqlarına, üzərində “Fələstinlilərin qayıdış hüququ” yazılmış rəmzi təyyarə biletləri təqdim ediblər.
Source : Deyerler
Comment