0
Thursday 10 May 2018 - 15:01

`Şiənin İslam elmlərinin inkişafında rolu` adlı beynəlxalq konfrans öz işinə başlayıb

Azərbaycanlı alimlər 400 səhifəlik elmi məqalələrin toplandığı kitabla konfransa qatılıblar
Story Code : 723681
Maide.Az xəbər verir ki,  konfransın keçirilməsində əsas məqsəd  dünyanın  müxtəlif ölkələrində  İslam dininin inkişafında şiə alimlərinin rolunun araşdırılması, eyni zamanda  İslam elminə verdikləri  töhfələrin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Azərbaycan, Əfqanıstan, Hindistan, Pakistan, Türkiyə, İndoneziya o cümlədən Avropa  və Qərb ölkələrində yaşayan  İslam (şiə)  alimlərinin  elmi məqalə və kitablarla qatıldığı konfransda çıxış edən müctəhid Ayətullah Məkarim Şirazi bildirib ki, bu gün dünyada İslam özünün intibah dövrünü yaşayır. İştirakçılara uğurlar arzulayan Ayətullah Şirazi konfransın dünyaya yeni töhfələr verəcəyinə əmnliyini ifadə edib.
Konfransa təqdim edilən məqalələr müəlliflərin öz dövlətlərində şiə alimlərinin Quran, təfsir, hədis, kəlam, fiqh, üsul, tarix, məntiq, fəlsəfə, tibb, astronomiya eləcə də dünya elmlərinin yaranması və inkişafındakı rolunu əhatə edir.
Konfransa  azərbaycanlı alimlər Ramil Əzimov və Əli Baqirov  da 400 səhifəlik  elmi  məqalələrin toplandığı kitabla  qatılıblar. Bundan əlavə  ölkəmiz haqqında  müxtəlif aspektlərdə yazılmış  bir neçə məqalə də  konfransa təqdim olunub. Məqalələrdə Azərbaycanda elmi-dini  ocaqlar (mədrəsələr), İslam alimləri, Əhli-beyt (ə) haqqında yazılan şeirlər və müasir dini  fəaliyyətlər öz əksini tapıb.
Qeyd edək ki,  böyük islam alimi Ayətullah Məkarim Şirazinin rəhbərliyi altında keçirilən konfransın  əsas hədəfləri Əhli-beytin (ə) və şiə alimlərinin İslamın -  elmi, mədəni, hüquqi, humanitar sahələrinin inkişafına verdiyi töhfələr, o cümlədən dünyəvi  elmlərin yaranması və  genişlənməsində xidmətləri  həmçinin  müasir dünyaya  verdikləri  faydaların  beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Bildirək ki,  təqdim olunan bütün məqalə və kitablar  50 cildlik  "Şiə alimlərinin islam elmlərinin yaranmasında və inkişafındakı rolu" adlı ensklopediyada toplanıb  və konfrans iştirakçılarının  müzakirəsinə təqdim olunub.
Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən 150 –dən çox  elm adamının qatıldığı konfransda  təqdim edilmiş  məqalələr araşdırılacaq və seçilmişlər dərc ediləcəkdir.
Source : Maide
Tagged
şiə
Comment