0
Saturday 20 November 2010 - 17:07

Qarabağda döyüşən türk TV rəhbərilə müsahibə

Story Code : 44638
Qarabağda döyüşən türk TV rəhbərilə müsahibə
Qarabağda döyüşən türk TV rəhbərilə müsahibə
Əhli-Beyt mədəniyyətinin yayılmasını əsas məqsəd qoyan bu telekanalın direktoru Azərbaycanın tanınmış təşkilatlarının rəhbərləri ilə bir araya gəlib. İslam-Azeri.az internet qəzetinin müxbiri də bu görüşdə iştirak edib. Görüşdən sonra Türkiyənin bu yeni telekanalının direktoru İbrahim Hikmət Hüseyndən müsahibə almışıq. Müsahibəni diqqətinizə çatdırırıq:

-Azərbaycana xoş gəlmisiniz. Bu İslami telekanalı açmaqda əsas məqsədiniz nədir?

-Bizim “Engelsiz” Əhli-Beyt telekanalında yayımımızın əsas məqsədi, Əhli-Beytin səslərini xalqa eşitdirməkdir. Türkiyədə Əhli-beyt telekanalının olmaması bizim üzərimizə vəzifə qoydu ki, bütün imkanlarımızı səfərbər edib, Əhli-Beytin səsini xalqa çatdıraq. Telekanalımız ilk yayıma İmam Həsən (ə) təvəllüdü günü başladı. İmam Həsən (ə) məscidində mövlud tədbiri keçirilirdi ki, biz telekanalda o məsciddə tədbir olacağını elan etmişdik. Tədbirin təşkilatçıları bizə sonra dedilər ki, “biz 150 nəfərlik ehsan süfrəsi qurmuşduq, amma tədbirə 600-dən çox insan gəlmişdi. Biz tədbir haqqında 2 saat öncə altyazı ilə elan etmişdik.
Biz anladıq ki, telekanalı həm seyr edənlər çoxdur, həm də telekanal vasitəsiylə insanların xəbərdar olması çox yaxşıdır.
Bizim əsas amalımız Əhli-Beytə xidmət etməkdir.

-Sizin telekanalınızın adı - “Engelsiz” nə məna kəsb edir?

-“Engelsiz”-in bir mənası sərhədsizdir. Bu məna verir ki, bizim qarşımıza çıxan heç bir əngəli tanımırıq. Biz Allah yolunda, Quran yolunda, haqq, Əhli-Beyt yolunda olduğumuz üçün heç bir şeydən qorxmuruq. Çəkəcəyimiz çətinliklər bizə maneə ola bilməz. Canımız, hər şeyimiz İmam Hüseyn (ə) yolunda fəda olsun. Ona görə də biz heç kimi qarşımızda maneə, əngəl kimi görmürük. Bu baxımdan telekanalın adını da “Engelsiz ” qoymuşuq.

-Bildiyimizə görə siz Qarabağ müharibəsi ərəfələrində Bakıya gəlmisiniz. Bu haqda nə deyə bilərsiniz?

-Mən 1991-1992-ci illərdə Mütəllibovun dövründə Bakıya gəldim. Ondan sonra Xalq Cəbhəsi, ardından Heydər Əliyev hakimiyyətə gəldilər, bu 3 höküməti də Bakıda gördük. Biz Türkiyədə baş verənləri gördüyümüz üçün bunları bu xalqa danışmalıydıq. Azərbaycanın indiki vəziyyətini, əmin edirəm, mən o dövrdə azəri qardaşlarıma demişdim. Demişdim ki, “əgər bu gün müəyyən şeyləri etməsəniz, gələcəkdə sizin dininizə sərhəd qoyacaqlar, sıxacaqlar. Dininizi başa salmağa imkan vermiyəcəklər”. Biz o zaman öz vəzifəmizi yerinə yetirsəydik, başqa şeylərin arxasınca qaçmaqdansa Əhli Beyt məktəbini xalqa çatdırsaydıq, heç kim bizə bir şey edə bilməzdi. Heç kim bizim qarşımızda dura bilməzdi.

-Siz döyüş bölgələrinə də səfər etmisiniz?

-Biz o zaman qardaşlara dedik ki, əcnəbilər müsəlman ölkəsinə hücum etsələr, müsəlman ölkəsini müdafiə etmək və müharibədə iştirak etmək müsəlmanların üzərinə düşən vəzifədir.
Biz bir avtobus tutduq və Qarabağa getdik. Qatır Məmməd dəstəsi var idi. Biz onlara qoşulduq. Onlarla bərabər müharibədə 45 gün iştirak etdik. Ondan sonra Şuşa və Goranboyda ermənilərlə qarşıdurmalarda iştirak etdik. Çox qəribədir ki, biz orada namaz qılanda, azan oxuyanda, müsəlman qardaşlarımız bunu ilk dəfə eşidirdilər, ilk dəfə görürdülər. Azanın, namazın nə olduğunu bilmirdilər. O zaman biz yemək yeməyə halal restoran tapmırdıq. Amma maşaAllah, indi çoxdur. Əlhəmdulillah.

-Ermənistanla bağlı dünyada bizə qarşı ikili standartlar tətbiq olunur. Bu haqda nə deyə bilərsiniz?

-Ermənilər o zaman da tək deyildi. Sionist yəhudilər, Avropa, Amerika, Rusiya Ermənistanın arxasında idi. İndi də Ermənistanın arxasındaki ölkələr olmasa, bir gün belə olsa işğal etdiyi ərazilərdə qala bilməz. Türkiyəyi də sıxışdırırlar. Deyirlər ki, “siz Ermənistan qapısını açmasanız sizə emrbarqo tətbiq edəcəyik”. Avropa Türkiyəni sıxışdıraraq Türkiyə ilə Ermənistan arasında bir neçə saziş imzaladıb. İslam torpaqları işğal altındadır, bu bizə çox ağırdır. Mən inanıram ki, Azərbaycanın qeyrətli insanları Qarabağı işğaldan azad edəcəklər. Müharibə başlamasa da, ən azından ictimaiyyətdə Qarabağı gündəmdə saxlamalıyıq.
Mən sizə bunu da deyim ki, 1992-ci ildə 1000 nəfər vuruşan mərd olsaydı, onda ermənilər heç nə edə bilməzdilər. Heç bir çətinlik olmazdı. Amma o zaman mən gördüyüm 2 tərəfdə olanlar da spirtli içkilər içirdi. Qalib gəlmək üçün oyaq qalmaq lazım idi. Amma hər 2 tərəf gecədən səhərə qədər içirdi. O dövrdə indiki kimi imanlı gənclər, qeyrətli oğlanlar olsaydı, Qarabağ əldən verilməzdi. O vaxtki Türkiyə prezidenti Süleyman Dəmirəl demişdi ki, “biz Azərbaycana kömək etsək qarşımızda Rusiya ordusu adı ilə “Qızıl Ordu”nu görərik”.
Source : abna
Comment