QR CodeQR Code

ŞƏRURDA 3 MƏRTƏBƏLI YENI MƏSCID ISTIFADƏYƏ VERILDI

Vasif Talıbov məscidə "Hyundai" bağışladı

QayNar , 21 Aug 2009 10:54

Avqustun 20-də - müqəddəs Ramazan ayı ərəfəsində Şərurda yeni məscid istifadəyə verilib.


"Şərurda yeni məscidin tikilməsindən məqsəd ondan ibarətdir ki, bu ibadətgah insanların mənəviyyatının yüksəlməsinə xidmət etsin, “Qurani-Kərim”in xurafatdan uzaq təbliğ edilməsi işini yerinə yetirə bilsin..."- deyə Vasif Talıbov çıxışında bildirib.
Sonra Şərur məscidinin əsas ibadət salonunda “Qurani-Kərim”dən ayələr oxunub.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan yeni məscidə baxış keçirilib.
Binanın zirzəmisində yas mərasimlərinin keçirilməsi, ehsan verilməsi üçün 2 salon, 2 mətbəx yaradılıb. Salonlar yeni mebellə, mətbəx avadanlığı ilə təchiz edilib.
Məscidin tamamlayıcı dekorativ elementlərinin və gümbəzlərinin üstü, minarələrin başı qurğuşun və latunla işlənib. Hündürlüyü 30 metr olan minarələrdə səsləndirmə, gecə işıqlandırma sistemi quraşdırılıb.
Ali Məclisin sədri cənazələrin aparılması üçün məscidə 1 ədəd “Hyundai” markalı avtomobil hədiyyə edib, bu maşınla pulsuz xidmət göstərilməsi barədə tapşırıq verib.

İxtisarla - İslamTimes


Story Code: 10191

News Link :
https://www.islamtimes.org/az/news/10191/şərurda-3-mərtəbəli-yeni-məscid-istifadəyə-verildi

Islam Times
  https://www.islamtimes.org