0
Saturday 28 October 2023 - 16:16

Həniyyə müqavimət qüvvələrinin cavab hücumlarına reaksiya verdi

Story Code : 1091755
Həniyyə müqavimət qüvvələrinin cavab hücumlarına reaksiya verdi
HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniə şənbə günü özünün rəsmi X sosial şəbəkə səhifəsində yazıb ki, Sionist rejimin Qəzza zolağının şimalına qurudan hücumunun eyni vaxtda hava, quru və dəniz bombardmanlarına baxmayaraq məğlubiyyəti ilahi möcüzədir"
Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan “Şəhid İzəddin əl-Qəssam” briqadaları cümə günü gecə sionist rejimin Qəzzə zolağının şimalına qurudan hücumuna cavab verəcəklərini açıqlamışdı.
Cümə gecəsi sionist qüvvələr bir neçə istiqamətdə ağır və görünməmiş vəhşicəsinə hava hücumları altında Qəzzə zolağının şərq sərhədlərinə daxil olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Əl-Qəssam Briqadalarının sionist rejimin quru hücumlarına cavab verməsi BMT Baş Assambleyasının ərəb ölkələrinin təklif etdiyi qətnamə layihəsini təsdiqlədiyi və Qəzzədə təcili humanitar atəşkəs və hərbi əməliyyatların dayandırılmasını tələb etdiyi bir vaxta üst-üstə düşüb.
Xatırlada ki, sionist rejimin Qəzzəyə vəhşicəsinə hücumlarının getdikcə daha çoxaldığına dair xəbərlər yayıldığı və bu bölgənin yerdən və göydən aparteid rejiminin kütləvi qırğınlara səbəb olan silahlarla bombardman etdiyi bir vaxtda “Əl-Əqsa tufanı əməliyyatı” artıq özünün 22-ci gününə daxil olub.
 
Source : SaharTV
Comment