QR CodeQR Code

Hakan Fidan: Türkiyə Qəzzada başqa həll tədbirlərinə əl ata bilər

19 Nov 2023 00:36

IslamTimes - Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.


APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

"Biz indi blokadanı yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik" - Fidan bildirib.

O qeyd edib ki, “bu üsullar işə yaramırsa, başqa yollar da var”.

Fidan Ankaranın Qəzza böhranının həlli üçün hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.


Story Code: 1096698

News Link :
https://www.islamtimes.org/az/news/1096698/hakan-fidan-türkiyə-qəzzada-başqa-həll-tədbirlərinə-əl-ata-bilər

Islam Times
  https://www.islamtimes.org