0
Saturday 25 November 2023 - 16:20

Paşinyan “Rusiyanın cəzalandırmasıdır” tezisini rədd edib

Story Code : 1098114
Paşinyan “Rusiyanın cəzalandırmasıdır” tezisini rədd edib
“Rusiyanın 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərə görə cəzalandırdığına dair tezis çox fəal şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakirə edək.” Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib.
“Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz inqilab oldu, çünki Ermənistanın yeni hakimiyyəti qərbyönlü baxışların daşıyıcılarıdır, buna görə də cəza kimi müharibə baş verdi”,- Paşinyan deyib.
Ermənistan baş naziri belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb? Sualını ortaya atıb və “Rusiyanın cəzalandırmasıdır” tezisini rədd etmək üçün sonra bir neçə suallar səsləndirib.
“Niyə 2013-cü il hadisələri baş verdi, Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı çox milyard dollarlıq müqavilə imzalayıb? 2013-2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sərkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?” - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, inqilab baş verib, ona görə də Ermənistanın hələ də suveren dövlət olmaq şansı var:
“Əgər inqilab olmasaydı, bu şans sıfra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bilmirsənsə, niyə danışıqlar apardın? Bundan sonra 2016-cı ilin dörd günlük müharibə və danışıqlar paketini aldıq. Dağlıq Qarabağın dağılması 2018-ci ilin avqustunda baş verib”.
 
Source : SaharTV
Comment