QR CodeQR Code

İraq Hizbullahı: Amerikalılar İraqı tərk edənədək əlimiz tətikdə olacaq

11 Dec 2023 02:25

IslamTimes - İraq Hizbullahı batalyonlarının bazar günü gecəsi dərc olunan bəyanatında deyilir ki, İraq təhlükəsizlik qüvvələrinin 2014-cü ildə üzləşdiyi problemlər ABŞ və onların əlaltıları tərəfindən hazırlanmış çirkin oyunlar idi.


Bəyanatda daha sonra bildirilir ki, şimal və qərb əyalətlərinin süqutu və Əl-Qaidə terrorçularının Bağdada yaxınlaşması ilə hökumət dövləti və paytaxtı xilas etmək üçün Müqavimətdən kömək istəyib.

İraq Hizbullahı əlavə edib: İraqın ali məqamlı təqlid mərcəsinin fətvası münaqişənin qızğın vaxtında hər şeyi İraqın xeyrinə dəyişdi. Fətvadan sonra Həşd əş-Şəbi könüllüləri terrorçularla mübarizədə iştirak üçün axın etdi..."

Bəyanatın sonunda deyilir: İraqı dəstəkləyən qruplar, Amerika və onun özünün yaratdığı İŞİD-i məğlubiyyətə uğradıb. İraqlılar işğalçılar qovulana qədər daim tətikdə qalacaqlar.


Story Code: 1101823

News Link :
https://www.islamtimes.org/az/news/1101823/iraq-hizbullahı-amerikalılar-iraqı-tərk-edənədək-əlimiz-tətikdə-olacaq

Islam Times
  https://www.islamtimes.org