0
Sunday 24 December 2023 - 16:03

Qəsbkar sionist rejimin kökü kəsiləcəkdir!

Story Code : 1104548
Qəsbkar sionist rejimin kökü kəsiləcəkdir!
İslam İnqilabının Böyük Rəhbəri İranın Kirman və Xuzistan vilayətləri əhalisindən minlərlə nəfər ilə şövqlü görüşdə 2024-cü il bir mart seçkilərini son dərəcə mühüm, təyinedici, problemlərin həll yolu və dəyişikliyə zəmin yaradan məsələ adlandırıblar.
Görüşdə İran İslam Respublikasında seçkilər məntiqi və prinsipinin önəmini bəyan edən Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Quruluşun respublikaçılığı və islamçılığının hər ikisi seçkilərdən asılıdır. Çünki ölkənin idarəsində xalqın hakimiyyəti, demokratiya və respublikaçılığın reallaşmasının seçkilərin keçirilməsindən başqa heç bir yolu yoxdur.
Seçkilərin olmamasının/ diktatura, hərc-mərclik, əmin-amansızlıq və iğtişaşın bərqərarına bais olacağını bildirən İnqilab Rəhbəri müxtəlif yollarla xalqın ürəyini seçkilərdə iştirakdan soyudan kəsləri tənqid ediblər.
Seçkilər xalqın milli suverenliyini təmin edə biləcək yeganə düzgün və həqiqi yoldur- deyə, İnqilab Rəhbəri vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsini Qəzzənin islami və beynəlxalq məsələsinə ayırıb və deyiblər: Bu hadisə iki cəhətdən misilsizdir; həm sionist rejim tərəfdən, çünki bu cür yırtıcılıq, cinayətkarlıq, qaniçənlik, uşaqöldürmə, xəbislik, rəhmsizlik və səngər dağıdan bombanın xəstələrin və xəstəxanaların üzərinə atılması, heç vaxt görünməyibdir. Həm də Fələstin xalqı və fələstinli döyüşçülər tərəfindən. Çünki bu cür səbir, müqavimət və düşməni dəli etmək, misilsizdir.
 
Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: Su, qida, dərman və yanacağın bu insanlara çatmamasına rəğmən, onlar dağ kimi dayanıblar. Elə bu təslimolmama/ onları qalib edir. Çünki Allah-Taala səbirlilərin yanındadır. Bu gün qələbənin nişanələri görünməkdə davam edir.
İslam İnqilabının Böyük Rəhbəri iri həcmdə təchizat və imkanlara malik olmasına rəğmən, sionist rejimin aciz qalmasını, bu misilsiz qarşıdurmanın digər mühüm cəhətlərindən adlandırıblar.
İnqilab Rəhbəri əsas bir cəhətin bəyanında deyiblər: Sionist rejimin bu hadisədə məğlub olması, həm də Amerikanın məğlubiyyəti sayılır və bu gün dünyada heç kəs işğalçı rejimlə Amerika və İngiltərə arasında fərq qoymur. Hamı bilir ki, bunların hamısı birdir.
O həzrət/ təhlükəsizlik şurasının atəşkəs və bombardmanların dayandırılması üzrə bir neçə qətnaməsinin veto edilməsini Amerika hökumətinin həyasızcasına hərəkəti adlandırıblar.
İnqilab Rəhbəri həm də Amerikanın uşaq, qadın, qoca kişi, xəstə və digər müdafiəsiz insanların üzərinə bombanın tökülməsi sahəsində sionist rejimlə əlbir olduğunu qeyd ediblər.
O həzrət əlavə ediblər: Müqavimətə kömək, hamının vəzifəsi, sionist rejimə kömək isə, cinayət və xəyanətdir.
Həzrət Ayətullahuluzma Xamenei hətta Qəzzə əhalisinə suyun çatmasını əngəlləyən sionist rejimə ticarət malı, neft və yanacağın çatmasının qarşısının alınmasını islami dövlətlərin vəzifəsi adlandırıb və belə söyləyiblər: Bu gün dünyanın vicdanı ağrı çəkir. Amerika və Avropada insanlar küçələrə çıxırlar. Bəzi siyasi şəxsiyyətlər, universitetlərin rektorları və onların alimləri öz dövlətlərinin sionist rejimi himayə etmələrinə etiraz edirlər, amma bununla belə, bəzi dövlətlər hələ də yırtıcı rejimə olan köməklərini davam etdirirlər.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Şübhəsiz, qələbə, haqq cəbhəsi ilədir. Qəsbkar sionist rejimin kökü kəsiləcəkdir. Ümid edirəm ki, siz gənclər bu qəti gələcəyi öz gözlərinizlə görəcəksiniz.
 
Source : SaharTV
Tagged
xamenei
Comment