0
Monday 25 December 2023 - 15:16

İran HDQ-nin silah arsenalına “Təlaiyyə” və “Nəsir” raket sistemləri əlavə edildi

Story Code : 1104744
İran HDQ-nin silah arsenalına “Təlaiyyə” və “Nəsir” raket sistemləri əlavə edildi
1000 km-dən çox mənzilli “Təlaiyyə” raket sistemin istiqamətini dəyişmək və hədəfi seçmək qabiliyyətinə malik ağıllı raket sistemidir. Bu raketlər hədəfi yüksək dəqiqliklə və qəfildən vurmaq qabiliyyətinə malikdir.
“Nəsir” raketi güclü dağıdıcılığa malikdir və bu raketin uçuş məsafəsi 100 kilometrdən çoxdur. Qeyd edək ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün növ gəmilərinin bu raketlə təchiz edilməsi prosesinə başlanılıb.
Helikopterlərdə quraşdırılan elektron döyüş sistemləri həm özünümüdafiə sahəsində, həm yumşaq müharibə şəraitində istifadə edilməsi üçün nəzərdə tutulub.
 
Source : SaharTV
Comment