QR CodeQR Code

Nigerlilər Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd ediblər

30 Dec 2023 14:48

IslamTimes - Nigerdə minlərlə insan Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd etmək üçün küçələrə axışıb.


"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

"Minlərlə insan dekabrın 29-da Nigerdə yerləşən son fransız əsgərinin bir həftə əvvəl ölkədən çıxarılmasını qeyd edib”, - agentlik bildirib.

Nümayişdə Burkino-Fasonun və Malinin baş nazirləri - Apolliner Yoahim Kyelem de Tambela və Şoqel Kokalla Maiqa iştirak ediblər.

Qeyd edilib ki, sentyabrın 2-də paytaxt Niameydəki hava qüvvələri bazası qarşısında Fransa qoşunlarının çıxarılması tələbi ilə başlayan etiraz aksiyalarına minlərlə insanın nümayişi son qoyub.

Agentliyin məlumatına görə, Fransa əleyhinə şüarlar səsləndirilib. İzdiham arasında Niger, Burkino-Faso, Mali və Rusiya bayraqları görünüb.


Story Code: 1105889

News Link :
https://www.islamtimes.org/az/news/1105889/nigerlilər-fransa-hərbçilərinin-ölkədən-çıxarılmasını-qeyd-ediblər

Islam Times
  https://www.islamtimes.org