QR CodeQR Code

Hərbi anlaşma: Türkiyə, Pakistan və Səudiyyə razılaşdı

10 Jan 2024 02:03

IslamTimes - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı üçtərəfli müdafiə əməkdaşlığını artırmaq barədə razılığa gəlib.


Teleqraf.com xəbər verir ki, Pakistanda üç ölkənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə ikinci Üçtərəfli Müdafiə Əməkdaşlıq Dialoqu keçirilib.

Tədqiqat və inkişaf da daxil olmaqla müdafiə avadanlığı texnologiyaları sahəsində mümkün əməkdaşlıqların müzakirə edildiyi görüşdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı üçtərəfli müdafiə əməkdaşlığını artırmaq barədə razılığa gəlib.

Görüşdə üç ölkə müdafiə sahəsində ortaq ümumi məqsədlərə nail olmaq və özünü təmin etmək üçün intellektual, texniki, maliyyə və insan resurslarını birləşdirməyin vacibliyini bir daha təsdiqləyib.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı tarixi, qardaşlıq əlaqələrinə toxunulan görüşdə oxşar xarakterli üçüncü görüşün fevralda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsinə qərar verilib.

Bu ölkələr arasında ilk görüş 2023-cü ilin avqustunda Ər-Riyadda keçirilib.


Story Code: 1108136

News Link :
https://www.islamtimes.org/az/news/1108136/hərbi-anlaşma-türkiyə-pakistan-və-səudiyyə-razılaşdı

Islam Times
  https://www.islamtimes.org