QR CodeQR Code

İran terror qruplaşmalarının qərargahlarını məhv etdi

16 Jan 2024 19:47

IslamTimes - İran “Təhrir əş-Şam” (Nüsra Cəbhəsi) kimi tanınan radikal qruplaşmaların qərargah və mövqelərini vurub.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata əsasən, raket zərbələri Cəbəl Əl-Samaq bölgəsində, Haram şəhəri ətrafında Türküstan İslam Partiyasının Suriyadakı qərargahı və İdlibin digər ərazilərini hədəf alıb.

Sözügedən qruplaşmaların təlim bazaları, logistik dəstək qərargahı və tibb mərkəzi vurulub. Türküstan İslam Partiyasının əsas qərargahı da məhv edilib.

Qeyd edək ki, Türküstan İslam Partiyası Suriyada vətəndaş müharibəsində hərbi iştirakı olan təşkilatdır. Təşkilatın Çin, Əfqanıstan, Pakistan və Suriyada qolları fəaliyyət göstərir.


Story Code: 1109508

News Link :
https://www.islamtimes.org/az/news/1109508/iran-terror-qruplaşmalarının-qərargahlarını-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org