QR CodeQR Code

ABŞ-ın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

4 Feb 2024 01:48

IslamTimes - ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası verilib.


"Unikal" xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etiraz notası işğalçı ABŞ-ın İraqa endirdiyi zərbələrlə və 16 nəfərin ölümü ilə bağlıdır.

Xatırladaq ki, İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib. 


Story Code: 1113768

News Link :
https://www.islamtimes.org/az/news/1113768/abş-ın-iraqdakı-müvəqqəti-işlər-vəkili-xin-ə-çağırıldı

Islam Times
  https://www.islamtimes.org