QR CodeQR Code

Səudiyyə şahzadəsi İsrailə xəbərdarlıq etdi

6 Mar 2024 20:34

IslamTimes - Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib.


Axar.az xəbər verir ki, bu barədə işğalçı İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan qaniçən İsrail hərbçilərinin Rəfahdakı istənilən hərəkətinin təhlükəli nəticələrə səbəb olacağını bildirib.

O, həmçinin fələstinlilərin öz torpaqlarından qovulmasına qarşı çıxıb:

“Beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə getdikcə daha çox qəzəbini bildirir. Və artıq daha çox ölkə Fələstin dövlətini tanımaq barədə düşünür”.


Story Code: 1120759

News Link :
https://www.islamtimes.org/az/news/1120759/səudiyyə-şahzadəsi-israilə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org