QR CodeQR Code

"Qəzzada fələstinlilərin aclıqdan ölməsi fəlakətdir"

إسلام تايمز , 7 Mar 2024 01:47

IslamTimes - BMT baş katibinin sözçüsü çərşənbə günü axşam bildirib ki, Fələstin xalqının Qəzza zolağında aclıqdan ölməsi fəlakətlidir.


BMT baş katibinin sözçüsü Stefan Dujarrik çərşənbə günü axşam Qəzza zolağında insanların fəlakətli vəziyyətindən danışıb.

O, Əl-Cəzirə xəbər kanalı ilə müsahibəsi zamanı deyib: “Qəzza zolağında insanların aclıqdan ölməsi ilə səbəbindən faciəli bir durum var."

BMT katibinin sözçüsü əlavə edib: “Atəşkəs olmadan humanitar yardım göstərmək mümkün deyil.”

Dujarrik vurğulayıb: “İsrailə daha çox təsir edən ölkələr atəşkəs və yardımların gəlməsi üçün öz təsirlərindən istifadə etməlidirlər.”

Digər tərəfdən Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 18 fələstinli körpə qida çatışmazlığı və su çatışmazlığı səbəbindən həyatını itirib. Onlar şəhid olub!


Story Code: 1120833

News Link :
https://www.islamtimes.org/az/news/1120833/qəzzada-fələstinlilərin-aclıqdan-ölməsi-fəlakətdir

Islam Times
  https://www.islamtimes.org