QR CodeQR Code

İran müdafiə nazirindən Azərbaycan açıqlaması - Ermənistana xəbərdarlıq etdi

7 Mar 2024 14:03

IslamTimes - İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda səfərdə olan erməni həmkarı Suren Papikyanla görüşündə deyib ki, Cənubi Qafqazın başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan verilməməlidir.


Teleqraf.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İranlı nazir Papikyana bölgədən kənarda təhlükəsizlik axtarışının əks nəticə verəcəyini, bölgənin güc münaqişəsi meydanına çevriləcəyini, bunun bölgədə sülh və sabitlik üçün daha çox problem yaradacağını bildirib.

Aştiani vurğulayıb ki, İran Cənubi Qafqazda sərhədlərin dəyişməzliyi, sabitlik və təhlükəsizlik siyasətinə sadiqdir, iki qonşusu Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir və bunu sülh, tərəqqi və inkişafın əsası hesab edir.

 


Story Code: 1120924

News Link :
https://www.islamtimes.org/az/news/1120924/iran-müdafiə-nazirindən-azərbaycan-açıqlaması-ermənistana-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org