QR CodeQR Code

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

7 Mar 2024 21:14

IslamTimes - ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, diplomat ABŞ-nin 3 QHT-sinin Rusiyada arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb.

Səfirə Rusiyada arzuolunmaz təşkilat kimi elan edilən bu QHT-lərə yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.

L.Treysiyə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq.

 


Story Code: 1121033

News Link :
https://www.islamtimes.org/az/news/1121033/abş-səfiri-rusiya-xin-ə-çağırıldı

Islam Times
  https://www.islamtimes.org