QR CodeQR Code

“Krokus”la eyni vaxtda daha bir terror hazırlanırmış

25 Mar 2024 12:02

IslamTimes - “Krokus Siti Holl”da terror aktının təşkilatçıları eyni vaxtda Mərkəzi Asiya ölkələrindən birində də terror aktı hazırlayırmış.


Axar.az xəbər verir ki, bu barədə “İzvestiya”ya mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, terakt “Krokus”la eyni vaxtda baş verməli imiş, ancaq qarşısı alınıb.

Mənbənin sözlərinə görə, cinayətkarlar konsert zalını adi benzinlə yandırıblar:

“Konsert zalına gedərkən yanacaqdoldurma məntəqəsindən benzin alıb, plastik butulkalara doldurublar. Sonra bundan istifadə edərək zalı yandırıblar”.


Story Code: 1124746

News Link :
https://www.islamtimes.org/az/news/1124746/krokus-la-eyni-vaxtda-daha-bir-terror-hazırlanırmış

Islam Times
  https://www.islamtimes.org