QR CodeQR Code

İmaməli Rəhman Moskvadakı terrordan danışdı: "Biabırçı və dəhşətlidir"

26 Mar 2024 00:40

IslamTimes - Tacikistan Prezidenti İmaməli Rəhman Moskvada martın 22-də axşam saatlarında “Krokus Siti Holl”da baş vermiş terror aktını biabırçı və dəhşətli adlandırıb.


Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Moskva yaxınlığında baş vermiş biabırçı və dəhşətli hadisə hər birimizə, xüsusən də valideynlərimizə bir daha göstərir ki, uşaq tərbiyəsinə daha ciddi diqqət yetirməliyik", - o bildirib.

Ölkə rəhbəri onu da əlavə edib ki, vətəndaşlar yeniyetmə və gəncləri dağıdıcı və qorxunc qrupların təsirindən qorumalıdırlar:

"Uşaqlara tacik millətinin adını ləkələməyə icazə vermək olmaz".

 


Story Code: 1124948

News Link :
https://www.islamtimes.org/az/news/1124948/imaməli-rəhman-moskvadakı-terrordan-danışdı-biabırçı-və-dəhşətlidir

Islam Times
  https://www.islamtimes.org