QR CodeQR Code

Husilər Birtaniya və İsrail gəmilərini vurdu

7 Apr 2024 17:06

IslamTimes - "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizdə Britaniya gəmisinə, həmçinin Hind okeanı və Ərəbistan dənizində iki İsrail gəmisinə raket zərbələri endirib.


Teleqraf.com xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Qüvvələrimiz Qırmızı dənizdə əməliyyat keçirərək, Britaniyanın "Hope Island" gəmisinə gəmi əleyhinə raketlərlə hücum edib. Eyni zamanda, işğal altındakı Fələstinin limanlarına gedən iki İsrail gəmisinə qarşı da əməliyyat keçiriblər", - o qeyd edib.

Onun sözlərinə görə, husilər Hind okeanı və Ərəbistan dənizində "Grace F" və "Gina" gəmilərinə hücum ediblər:

"Əməliyyat zamanı hədəflərinə uğurla çatan bir neçə ballistik və qanadlı raketlər buraxılıb".

 


Story Code: 1127373

News Link :
https://www.islamtimes.org/az/news/1127373/husilər-birtaniya-və-israil-gəmilərini-vurdu

Islam Times
  https://www.islamtimes.org