QR CodeQR Code

3 oğlunun ölüm xəbərini belə aldı

11 Apr 2024 19:09

IslamTimes - HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğulları və nəvələrinin işğalçı İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda həyatını itirdiyini öyrəndiyi anların görüntüləri yayımlanıb.


"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Haniyə Qətərin paytaxtı Dohadakı xəstəxanada işğalçı İsrailin Qəzza zolağına hücumları nəticəsində yaralananlara baş çəkirmiş.

Telefon vasitəsilə xəbəri alan HƏMAS lideri "Allaha həmd olsun, Allahdan onlara rəhmət diləyirəm", - deyib.

Xatırladaq ki, işğalçı İsrailin Qəzza zolağındakı Əl-Şati Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda Haniyənin Hazem, Əmir və Məhəmməd adlı 3 oğlu və 3 nəvəsi şəhid olub.


Story Code: 1128012

News Link :
https://www.islamtimes.org/az/news/1128012/3-oğlunun-ölüm-xəbərini-belə-aldı

Islam Times
  https://www.islamtimes.org