QR CodeQR Code

Arəş-2 hücumçu PUA-sı İsrail rejiminin kabusuna çevrilib

SaharTV , 13 Apr 2024 12:31

İslamtimes -Ordunun iki min kilometrlik mənzilə malik Arəş-2 hücumçu PUA-sı İsrail rejiminin kabusuna çevrilib.


İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Musəvi Arəş-2 hücumçu PUA-sını Təl-Əvivə və Hayfaya hücum üçün nəzərdə tutub.
Sözügeən pilotsuzun çox dəqiq bir pilotsuz olduğunu bildirən ordunun baş komandanı deyib: Strateji və müxtəlif hədəfləri yüksək dəqiqliklə vuran Arəş-iki pilotsuzu ordunun quru qoşunlarının “İqtidar-min dörd yüz bir” hərbi təlimlərində “Fəth-üç yüz altmış” raketinin düşdüyü nöqtəni məhv etməyi bacardı.
General-mayor Musəvi ordunun quru qoşunlarının “İqtidar-min dörd yüz bir” hərbi təlimlərinin detalları barədəki izahatının sonunda təhdidedici bir mesajda bildirib: Arəş-iki-dən istifadə olunması barədə əmr gözləyirik. Arəş-iki pilotsuzu müxtəlif hədəfləri yüksək dəqiqliklə hədəfə almağa və məhv etməyə imkan verən qırmızı FULL TV kabeli ilə təchiz olunmuş iki modeldə təqdim edilir.
Arəş-iki elan olunduğu kimi, iki min kilometrlik mənzilə malikdir. Bu pilotsuzla bağlı informasiyalara malik banner barədə yayılan görüntülərdə proqnoz edilir ki, adı hallanan PUA-nın sürəti saatda təqribən yüz kilometr olacaq, yəni Arəş-iki asanlıqla işğal olunmuş Fələstin ərazilərinə uçuş və kamikadze hücumu keçirmək qabiliyyətinə malikdir. Bu texnologiya tamamilə İran texnologiyası olaraq, sionist rejim başçılarının yuxularını ərşə çəkibdir.
 


Story Code: 1128271

News Link :
https://www.islamtimes.org/az/news/1128271/arəş-2-hücumçu-pua-sı-israil-rejiminin-kabusuna-çevrilib

Islam Times
  https://www.islamtimes.org