QR CodeQR Code

Bu ölkə də bəyan etdi: Fələstin dövlətini tanımağa hazırıq

13 Apr 2024 17:38

IslamTimes - Norveçin baş naziri Yonas Qr Store ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu, lakin belə bir qərar üçün daha konkret müddət verməkdən imtina etdiyini bildirib.


Publika.az xəbər verir ki, o, bu barədə aprelin 12-də Osloda İspaniyanın baş naziri Pedro Sançeslə görüşündə bildirib.

Norveçin baş naziri bildirib ki, Oslo AB-də Fələstin dövlətinin tanınması üçün əsas lobbiçi olan İspaniya ilə “hərəkətlərini koordinasiya edir.

“Biz eyni istiqamətdə düşünürük. Biz Fələstin dövlətini və onun BMT-dəki layiqli yerini tanımağa hazırıq”, - Store mətbuat konfransında bildirib.

Norveç hökumətinin başçısı əlavə edib ki, Fələstin dövlətinin tam olaraq nə vaxt tanınacağı ilə bağlı konkret vaxt öhdəlikləri götürmək istəmir.


Story Code: 1128352

News Link :
https://www.islamtimes.org/az/news/1128352/bu-ölkə-də-bəyan-etdi-fələstin-dövlətini-tanımağa-hazırıq

Islam Times
  https://www.islamtimes.org