QR CodeQR Code

Tel-Əvivdə minlərlə etirazçı Netanyahu əleyhinə şüarlar səsləndirdi

إسلام تايمز , 14 Apr 2024 12:06

IslamTimes - İşğal olunmuş ərazilərin minlərlə sakini şənbə günü axşam, İranın İsrailə hücumundan saatlar öncə Tel-Əvivin Kaplan prospektində toplaşaraq sionist rejimin baş naziri əleyhinə şüarlar səsləndirib və növbədənkənar seçkilərin keçirilməsini istəyiblər.


Nümayişçilər Netanyahuya “Siz uğursuz oldunuz” şüarları səsləndirərək Qəzzada məhbusların azad edilməsi üçün razılığa gəlməyi tələb ediblər.

Digər tərəfdən, sionist rejimin son hadisələrdən dolayı narahatlıqları səbəb olub ki, insanların bir yerdə toplaşmasını qadağan edən göstəriş verilsin. Bundan sonra İsrail polisi nümayişçiləri dağıdıb və onlarla qarşıdurma yaşanıb.


Story Code: 1128533

News Link :
https://www.islamtimes.org/az/news/1128533/tel-əvivdə-minlərlə-etirazçı-netanyahu-əleyhinə-şüarlar-səsləndirdi

Islam Times
  https://www.islamtimes.org