QR CodeQR Code

Wall Street Journal: Ukrayna Qərbin İsrailə yardımından qəzəblənib

إسلام تايمز , 15 Apr 2024 22:48

IslamTimes - The Wall Street Journal yazıb ki, Ukrayna İsraili dəstəklədiyinə görə ABŞ-a olduqca qəzəblənib. ABŞ İsrailə yardıma tələsdiyi zaman Kiyev Konqresdə təxirə salınan yardımı gözləyirdi.


Odessadakı Moxnikov Milli Universitetinin Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, dosent Volodimir Dubovik hesab edir ki, Ukrayna artıq ABŞ-a qarşı kin bəsləməyə başlayıb. O, əlavə edib ki, ABŞ münaqişənin ilkin mərhələsində Ukrayna üçün həlledici amil olub, lakin hazırda dəstəyin səviyyəsində xeyli azalma müşahidə olunur.

Ukrayna hakimiyyətinin əhval-ruhiyyəsini araşdıran bu ekspert hesab edir ki, Amerikanın İranın hücumlarını dəf etmək üçün işğalçı İsrailə etdiyi yardım ukraynalıların qəzəbinə və əsəbləşməsinə səbəb olub. İsrail üçün ən xırda problem yarandığı zaman ona yardıma can atan ABŞ bu gün Ukraynanı Rusiya qarşısında yalnız qoyub və Ukrayna Rusiya ordusundan sarsıdıcı zərbələr alır!


Story Code: 1128864

News Link :
https://www.islamtimes.org/az/news/1128864/wall-street-journal-ukrayna-qərbin-israilə-yardımından-qəzəblənib

Islam Times
  https://www.islamtimes.org